Bakı. Trend:
İsrail ordusu Beyrutda "Hizbullah"ın yüksək dəqiqli raketlərinin saxlanıldığı obyektə hücum edib.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında bildirilib.
"Baş nazir Netanyahu və müdafiə naziri Katsn rəhbərliyi ilə İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yüksək dəqiqli raketlərinin saxlandığı obyektə hücum edib və bu İsrail dövləti üçün ciddi təhlükə yaradırdı", deyə qeyd olunub.