...

Yunanıstan sahil mühafizəsi Qavdos yaxınlığında 35 miqrantı xilas edib

Dünya xəbərləri Materials 27 Aprel 2025 15:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanın sahil mühafizəsi Aralıq dənizində, Qavdos adası yaxınlığında qayıqda olan 35 qeyri-qanuni miqrantı xilas edib.

Trend xəbər verir ki, bu barədə Yunanıstanın "ERT-news" telekanalı məlumat yayıb.

Qavdosdan 25 dəniz mili cənubda dron vasitəsilə aşkar edilən miqrantlar sahil mühafizəsinin patrul gəmisi tərəfindən Xora-Sfakion liman şəhərinə aparılıb.

Qavdos yaxınlığında qeyri-qanuni miqrantların olduğu qayıqların aşkarlanması və xilasetmə əməliyyatları mütəmadi baş verir. Ötən ilin dekabrında bölgədə aparılan üç əməliyyat nəticəsində 124 nəfər xilas olunmuş, 5 nəfərin cəsədi tapılmışdı. Bu il aprelin 16-da isə Yunanıstan sahil mühafizəsi 49 miqrantı xilas etmişdi.

Qeyd edək ki, Yunanıstan Yaxın Şərq, Asiya və Afrikadan gələn miqrantlar üçün əsas tranzit ölkələrdən biridir və hər il on minlərlə miqrant Avropaya çatmaq üçün bu marşrutdan istifadə edir.

Xəbər lenti

Xəbər lenti