...

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

Dünya xəbərləri Materials 27 Aprel 2025 08:39 (UTC +04:00)

Bakı. Trend:

Amerikalı senatorlar Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırmağa hazırdırlar.

Trend xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrem öz “X” hesabında deyib.

O, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ikipartiyalı qanun layihəsi təqdim etdiyini bildirib. Sənədin artıq 60-a yaxın həmmüəllifi var.

Qrem qeyd edib ki, söhbət Rusiyadan neft, qaz, uran və ya digər məhsullar alan istənilən ölkəyə qarşı ikinci dərəcəli rüsumların tətbiqindən gedir.

Xəbər lenti

Xəbər lenti