Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında beynəlxalq hüquq əsasında problemlərin həll olunacağına ümid edirik.
Trend xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə suala cavabında deyib.
"İlk addım odur ki, hər tərəf öz payına qane olsun və başqasının torpağında gözü olmasın. İxtilaf o zaman ortaya çıxır ki, tərəflərdən biri digərinin torpaqlarına yiyələnmək istəyir. Bizim çıxış etdiyimiz mövqe ondan ibarətdir ki, ölkələrin ərazi bütövlüyü, haqq və hüquqlarıdır və buna hörmətlə yanaşmalıyıq. Biz bunu beynəlxalq hüquqa uyğun olaraq qəbul etmişik və ümid edirik ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq hüquq əsas qəbul edilərək bu problemlər öz həllini tapacaq. Biz həmişə Azərbaycanın hüquqlarını müdafiə etmişik və Ermənistanın da öz hüquqları çərçivəsində müdafiə edirik. Biz çalışırıq ki, hər iki tərəf qonşuluq prinsipləri əsasında dinc və yanaşı yaşasınlar", - o bildirib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.