...

Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı (ƏLAVƏ OLUNUB)

İdman Materials 27 Aprel 2025 16:04 (UTC +04:00)
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdo yığması Monteneqronun Podqoritsa şəhərində keçirilən böyüklər arasında Avropa çempionatını 5 medalla başa vurub.

Trend xəbər verir ki, komandamız yarışda 1 gümüş və 4 bürünc medal əldə edib.

100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev gümüş medal qazanıb. Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) isə bürünc medala sahib olublar.

Uşanqi Kokauri (+100 kq) turniri 5-ci, Turan Bayramov (-60 kq) isə 7-ci pillədə tamamlayıb. Yığmamız həmçinin qarışıq komanda yarışında da mübarizə aparıb.

Nəticədə Azərbaycan ümumi komanda hesabında 47 ölkə arasında 10-cu, kişilər arasında isə 5-ci yeri tutub.

Qeyd edək ki, Zelim Kotsoyevdən başqa bütün medalçılarımız ilk dəfə böyüklər arasında Avropa çempionatının medalına sahib olublar. Azərbaycanın cüdo tarixində də ilk dəfə idmançılarımız beş müxtəlif çəki dərəcəsində fəxri kürsüyə yüksəlib.

Ölkəmizi yarışda 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edib.

XXX

10:55

Azərbaycanın qarışıq komandadan ibarət cüdo yığması Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.

Trend xəbər verir ki, milli komandamız yarışın son günündə Gürcüstan seçməsi ilə qarşılaşacaq. 1/8 final mərhələsinin görüşü Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Azərbaycan cüdoçuları turnirin fərdi yarışlarında 5 medal qazanıblar. Bunlar arasında 1 gümüş və 4 bürünc medal var. Zelim Kotsoyev (100 kq) gümüş medal, Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medallarını qazanıblar.

Xəbər lenti

Xəbər lenti