...

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir - Pezeşkian

İqtisadiyyat Materials 27 Aprel 2025 22:00 (UTC +04:00)
İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir - Pezeşkian
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir.

Trend xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində deyib.

"Biz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin təmin edilməsi üçün təşəbbüs göstərmişik. Bu gün bu layihə çox sürətlə həyata keçirilir. Bu artıq razılaşdırılıb və İran torpaqları ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasında heç bir problem olmayacaq. Biz İranı Azərbaycanlıların ikinci Vətəni hesab edirik", - o bildirib.

Onun sözlərinə görə, yolun çəkilməsi istiqamətində mühəndislər fəaliyyətlərini davam etdirirlər.

"Biz çalışırıq ki, bu yolu daha təhlükəsiz və daha sağlam şəkildə yekunlaşdıraq. Yüksək səviyyəli mütəxəssislər layihəni dəyərləndiriblər. Ümid edirəm ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni təhlükəsiz şəkildə təmin edəcək, eyni zamanda Azərbaycanla Təbriz, Ərdəbil və Qərbi Azərbaycan arasında əlaqələrə də töhfə verəcək", - o bildirib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti