...

Azərbaycan Milli Xalça Muzeyində şahmat üzrə “Çempionların savaşı” turniri keçiriləcək

İdman Materials 27 Aprel 2025 03:19 (UTC +04:00)
Azərbaycan Milli Xalça Muzeyində şahmat üzrə “Çempionların savaşı” turniri keçiriləcək

Bakı. Trend:

Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Çempionların savaşı” turniri keçiriləcək.

Milli Xalça Muzeyindən Trend-ə verilən məlumata görə, aprelin 28-dən 30-na kimi muzeydə təşkil olunacaq turnirdə Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanova qarşı çıxış edəcək.

Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə isə həmin turnirdə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq.

“Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti