...

Almaniyada polisə qarşı zorakı hücumların sayı artıb

Dünya xəbərləri Materials 27 Aprel 2025 02:34 (UTC +04:00)
Almaniyada polisə qarşı zorakı hücumların sayı artıb

Bakı. Trend:

Ötən il Almaniyada polisə qarşı zorakı hücumların sayı artaraq, 111 min 496-ya çatıb.

Trend xəbər verir ki, bu göstərici 2014-cü illə müqayisədə 79 faiz çoxdur.

Almaniyada polis əməkdaşları tərəfindən xidmət zamanı açılan ölümcül atəş nəticəsində ölənlərin sayı ötən il rekord həddə çatıb. İl ərzində ölkədə 22 nəfər polis əməkdaşlarının açdıqları atəş nəticəsində həyatını itirib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 10 olub. 1991-ci ildən aparılan statistika üzrə ən çox ölüm 2024-cü ildə, ən az ölüm halları isə 2003-cü ildə (3 ölüm) baş verib.

Bu il üçün də ölüm halları xeyli yüksəkdir. İlin əvvəlindən 11 nəfər polisin açdığı atəş nəticəsində həyatını itirib. Son hadisələrdən biri Oldenburq şəhərində baş verib. 21 yaşlı gənc polis tərəfindən öldürülüb. Hadisədən öncə həmin şəxsin insanlara qaz spreyi sıxdığı və onları bıçaqla təhdid etdiyi bildirilir. Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, o, dörd güllə yarası alıb.

Rəsmi məlumatlara görə, polis əməkdaşlarının atəş açması halları əsasən psixoloji problemləri olan və ya narkotik maddələrin təsiri altında olan şəxslərlə qarşıdurmalar zamanı baş verir.

Xəbər lenti

Xəbər lenti