Bakı.Trend:
Sudanın Şimali Darfur bölgəsində iki həftə ərzində 480-dən çox dinc sakin qətlə yetirilib.
Trend xəbər verir ki, bu haqda BBC Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali komissarlığına istinadən məlumat yayıb.
BMT aprelin 10-dan bəri törədilən qətllərin bəzilərinin etnik zəminli olduğunu bildirib və faktiki itki sayının daha çox ola biləcəyini istisna etməyib.
Eyni zamanda, silahlıların gənc qız və oğlanlara qarşı cinsi təcavüz törətdiyi bildirilir.
Qeyd edək ki, Şimali Darfurda 2023-cü ildən bəri Əbdül Fəttah əl Burhanın başçılıq etdiyi Sudan ordusu və Burhanın keçmiş müavini Məhəmməd Həmdon Daqlonun başçılıq etdiyi Çevik Dəstək Qüvvələri (RSF) arasında silahlı münaqişə gedir.
Münaqişənin gedişində on minlərlə insan həyatını itirib.