...

Rusiyanın Uruqvaydakı səfirliyində yanğın baş verib

Dünya xəbərləri Materials 27 Aprel 2025 16:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Uruqvaydakı səfirliyinin binasında yanğın baş verib.

Trend-in "Subrayado" telekanalına istinadən verdiyi xəbərə görə, hadisə yerinə yanğınsöndərmə briqadaları cəlb olunub.

Bildirilir ki, paytaxt Montevideodakı binada güclü tüstülənmə müşahidə olunub, səfirlik ərazisində hərəkət çətinləşib.

İlkin məlumatlara görə, yanğın binanın ventilyasiya sistemində başlayıb. Rusiya səfirliyi insidentlə bağlı hələlik rəsmi açıqlama verməyib.

Xəbər lenti

Xəbər lenti