Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin Trend-ə verdiyi xəbərə görə, yarımadanın bəzi yerlərində leysan xarakterli yağışların yağması və şimşək çaxması ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.