...

Nüvə poqramı üzrə saziş İranı uranın zənginləşdirilməsindən məhrum etməlidir - Netanyahu

Dünya xəbərləri Materials 28 Aprel 2025 01:33 (UTC +04:00)
Nüvə poqramı üzrə saziş İranı uranın zənginləşdirilməsindən məhrum etməlidir - Netanyahu

Bakı. Trend:

İranın nüvə proqramı üzrə istənilən uğurlu razılaşma Tehranın nüvə silahı üçün uranı zənginləşdirmək imkanından məhrum etməlidir.

Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Saziş İranı nüvə silahı üçün uranı zənginləşdirmək imkanından məhrum edəcəyi halda uğurlu sayılacaq", - deyə o bildirib.

Baş nazirin sözlərinə görə, "İranın hələ də nüvə silahına malik olmamasının səbəbi" Netanyahu rəhbərliyindəki bir neçə İsrail hökumətinin "uzun illər ərzində davamlı addımlar atması"dır ki, bu da Tehranı bu məsələdə "təxminən 10 il" geri çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti