...

ABŞ-İran arasında yüksək səviyyəli danışıqlar ekspert müşavirələrindən sonra başlayacaq

Dünya xəbərləri Materials 26 Aprel 2025 10:46 (UTC +04:00)
ABŞ-İran arasında yüksək səviyyəli danışıqlar ekspert müşavirələrindən sonra başlayacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İran arasında yüksək səviyyəli danışıqların 3-cü raundu texniki müşavirələrin başa çatmasından sonra başlayacaq. Sözügedən müşavirələrdə iki ölkənin nümayəndə heyətləri İranın nüvə proqramı üzrə potensial sazişin təfərrüatını müzakirə edəcəklər.

Trend xəbər verir ki, bu barədə TASS öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, İranla ABŞ arasında nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması üzrə ABŞ və İran arasında vasitəli danışıqların növbəti raundunun keçirilməsi gözlənilir.

Danışıqlar üçün meydançanı nizamlanma prosesində vasitəçilik etdən Oman təklif edib. Danışıqların il iki raundu da Omanın vasitəçiliyi ilə keçirilib.

Bundan əvvəl iki ölkənin ekspertlər səviyyəsində nümayəndə heyətlərinin görüşünün aprelin 23-də keçiriləcəyi gözlənilsə də, xarici KİV-in yazdığına görə, Amerika administrasiyası müşavirələrin başqa vaxta keçirilməsini istəmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti