...

"Araz-Naxçıvan" və "Səbail" heç-heçə etdi (ƏLAVƏ OLUNUB)

İdman Materials 27 Aprel 2025 19:45 (UTC +04:00)
"Araz-Naxçıvan" və "Səbail" heç-heçə etdi (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasının XXXII turunda "Araz-Naxçıvan" səfərdə "Səbail"lə 1:1 hesablı bərabərə qalıb.

Trend-in məlumatına görə, "ASCO Arena"da keçirilən qarşılaşmada hesabı qonaqların heyətində Ülvi İsgəndərov 30-cu dəqiqədə açıb. 76-cı dəqiqədə isə Marko Nikoliç "Səbail"in bərabərlik qoluna imza atıb.

Bu nəticədən sonra 54 xal toplayan "Araz-Naxçıvan" turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. 21 xalı olan "Səbail" isə sonuncu - onuncu yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib, "Zirə" isə səfərdə "Kəpəz" üzərində 1:0 hesablı qələbə qazanıb.

XXX

09:35

Misli Premyer Liqasının XXXII turu çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.

Trend xəbər verir ki, günün ilk oyununda isə "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək. "ASCO Arena"da baş tutacaq qarşılaşma saat 17:30-da start götürəcək.

Turnir cədvəlində 53 xalla üçüncü pillədə yer alan "Araz-Naxçıvan" "Səbail"ə qarşı favorit sayılır. "Dənizçilər" isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.

Turun mərkəzi görüşü "Bank Respublika Arena"da keçiriləcək. Saat 20:00-da start götürəcək matçda "Sabah" və "Qarabağ" komandaları üz-üzə gələcək. Qarşılaşmada Azərbaycan çempionunun taleyinə də aydınlıq gələ bilər. Belə ki, turnir cədvəlinə 76 xalla başçılıq edən Ağdam təmsilçisi bu oyunda məğlub olmasa, çempionluğu vaxtından əvvəl rəsmiləşdirəcək.

Hazırda "Sabah" 39 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti