...

Boks üzrə kadetlər arasında zona birinciliyi başa çatıb

İdman Materials 27 Aprel 2025 14:10 (UTC +04:00)
Boks üzrə kadetlər arasında zona birinciliyi başa çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi başa çatıb. Azərbaycanın müxtəlif şəhər və rayonlarının klublarını təmsil edən 50 komandanın 153 idmançısı beş gün davam edən turnirdə mübarizə aparıb.

Trend xəbər verir ki, turnirin son günündə 17 çəki dərəcəsi üzrə çempion və medalçılar müəyyənləşib. Komanda hesabında birinci yeri "Neftçi" İdman Klubu tutub (4 qızıl, 1 gümüş, 3 bürünc medal). İkinci yeri Gəncə (2 qızıl, 2 gümüş) tutub, üçüncü yeri isə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA İB, 2 qızıl, 0 gümüş, 1 bürünc) qapayıb.

Final mərhələsinin ən yaxşı boksçusu adı Ağdaşdan Nurlan Yusifliyə, ən yaxşı hakim adı isə Serbiyadan Yovana Uqrenoviçə verilib.

Bundan əlavə, məktəbli qızların seçmə turniri də keçirilib və 8 çəkidə ən güclü idmançılar müəyyənləşib. Mükafatçılar yığma komandaya dəvət ediləcək və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Xəbər lenti

Xəbər lenti