Cəbrayıl. Trend:
Dünya şöhrətli “NomadMania” səyyah klubunun üzvləri Cəbrayıl rayonunda olublar.
Trend-in yerli bürosu xəbər verir ki, onlar rayonun Mehdili kəndi ərazisində mina təmizləmə əməliyyatı ilə yaxından tanış olublar.
Qonaqlar şərti mina təmizləmə əməliyyatı ilə tanış olublar. Həmçinin ərazidən aşkar edilmiş döyüş sursatının partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini canlı izləyiblər.
Bununla da dünyanın 30 ölkəsini təmsil edən dünya şöhrətli səyyahların Qarabağa səfəri başa çatıb.
Qeyd edək ki, heyət daha öncə Füzuli, Şuşa və Xankəndidə olub.
XXX
12:32
Dünya şöhrətli “NomadMania” səyyah klubunun Cəbrayıl rayonuna səfəri başlayıb.
Trend-in yerli bürosu xəbər verir ki, dünya səyyahları rayonun Mehdili kəndi minatəmizləmə əməliyyatı ilə tanış olacaqlar.
Qeyd edək ki, heyət daha öncə Füzuli, Şuşa və Xankəndidə olub.