...

Azərbaycan və İranın qonşu olaraq bir birinə çox köməyi ola bilər - Pezeşkian

Siyasət Materials 27 Aprel 2025 21:44 (UTC +04:00)
Azərbaycan və İranın qonşu olaraq bir birinə çox köməyi ola bilər - Pezeşkian
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İran qonşu olaraq bir birinə çox köməyi ola bilər.

Trend xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində deyib.

"İki qonşu və qardaş nə etməlidir? Biz əməkdaşlıq üçün böyük potensialımız var. Həm iqtisadi cəhətdən, həm sənaye, elm və digər sahələrdə bir birimizlə əlaqədə ola bilərik. Azərbaycan və İran qonşu olaraq bir birinə çox köməyi ola bilər", - o bildirib.

M.Pezeşkian qeyd edib ki, ölkələr arasında sağlam əlaqələrin yaradılması üçün əməkdaşlıq edə bilərik.

"Universitetlər arasında əlaqələr yarada bilərik, iclaslarımızda, görüşlərimizdə ticarət əlaqələrimiz müzakirə edə bilərik. Elm və mədəniyyət sahəsində əməkdaşlıq edə bilərik. Bu tay və o tay bir birimizlə qohumuq. Baş tutan səfərlər də öz töhfəsini verir. Bir birimizə çox sahədə kömək edə bilərik", - o bildirib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti