...

Çin raketi rabitə relay peykini orbitə çıxarıb

Dünya xəbərləri Materials 28 Aprel 2025 03:20 (UTC +04:00)

Bakı. Trend:

Çinin "Çançjen 3B" daşıyıcı raketi kosmik gəmilər üçün məlumat ötürmə xidmətləri göstərmək üçün bazar günü "Tianlian II-05" rabitə peykini uğurla orbitə çıxarıb.

Trend-in məlumatına görə, bu barədə "People's Daily" nəşri xəbər verib.

Məlumata əsasən, raketin peyklə birgə buraxılışı Pekin vaxtı ilə saat 23:54-də Çinin cənub-qərbindəki Sıçuan əyalətindəki Siçan kosmodromundan həyata keçirilib. Peyk təyin olunmuş geosinxron orbitə daxil olub.

O, pilotlu kosmik gəmilərin, milli kosmik stansiyanın və müxtəlif peyklərin orta və aşağı orbitdə uçuşları zamanı məlumatların ötürülməsi, izlənilməsi və idarə edilməsi, habelə buraxılışlar zamanı telemetriyanın izlənilməsi üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti