Bakı. Trend:
Ötən gün axşam saatlarından başlayaraq İran paytaxtında baş verən güclü fırtına nəticəsində 2 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu Tehran vilayəti Təcili Yardım İdarəsinin direktoru Məhəmməd İsmayıl Təvəkkoli yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, güclü fırtına nəticəsində 41 nəfər xəsarət alıb. Xəsarət alanlardan 12 nəfərə ambulator xidmət göstərilib, 29 nəfər isə paytaxt xəstəxanalarına yerləşdirilib.