...

Qlobal Cənub QHT şəbəkəsi qlobal siyasətin formalaşdırılması üçün bir məkana çevrilə bilər - Kuala-Lumpur meri

Siyasət Materials 28 Aprel 2025 11:18 (UTC +04:00)
Qlobal Cənub QHT şəbəkəsi qlobal siyasətin formalaşdırılması üçün bir məkana çevrilə bilər - Kuala-Lumpur meri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal Cənub QHT şəbəkəsi qlobal siyasətin formalaşdırılması üçün bir məkana çevrilə bilər.

Trend xəbər verir ki, bunu Kuala-Lumpurun meri, BMT-nin Yaşayış Məskənləri üzrə Proqramının (UN HABITAT) keçmiş icraçı direktoru Maymuna Mohd Şərif Qlobal Cənub QHT platformasının Bakıda keçirilən “Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı bildirib.

"Regionumuzun üzləşdiyi struktur çağırışlar – yoxsulluq, bərabərsizliyin dərinləşməsi, ətraf mühitin deqradasiyası və münaqişələr – əlaqələndirilmiş səyləri, davamlı əməkdaşlığı və bu məsələlərin müzakirəsi üçün platformaları tələb edir," – deyə o bildirib.

Onun sözlərinə görə, Qlobal Cənub QHT-ləri Şəbəkəsi məhz belə bir platformadır.

"Əminəm ki, bu şəbəkə vətəndaş cəmiyyəti səylərinin birləşdirilməsi, təcrübə mübadiləsi və reallıqlarımızı və arzularımızı əks etdirən qlobal siyasətin formalaşdırılması üçün bir məkan olacaq", – deyə Şərif vurğulayıb.

O, həmçinin, Azərbaycanın beynəlxalq arenadakı liderliyinə diqqət çəkib.

"Azərbaycan 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik edərkən çoxtərəfliliyin və inklüziv dialoqun təşviqində mühüm rol oynayıb", - deyə o bildirib.

Onun sözlərinə görə, bu, hazırkı geosiyasi qeyri-sabitlik və dərin fikir ayrılıqları şəraitində xüsusilə vacibdir.

Şərif qeyd edib ki, Azərbaycan COP29 zamanı Qlobal Cənub QHT-ləri Şəbəkəsinin yaradılmasına töhfə verərək inklüzivlik prinsipinə sadiqliyini nümayiş etdirib.

O əlavə edib ki, 137 ölkədən minə yaxın vətəndaş cəmiyyəti təşkilatını bir araya gətirən bu təşəbbüs, Qlobal Cənub ölkələrinin birgə çıxış etməsi və fəaliyyət göstərməsi üçün vahid platformaya olan kəskin ehtiyacı əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti