Bakı. Trend:
Şəhidlərimizin qanı bahasına alınan torpaqlarda yaşamaq bizim borcumuzdur.
Bunu Trend-ə açıqlamasında Xocalı sakini Cavadova Gülşən deyib.
Onun sözlərinə görə, Xocalıda biz çox şəhidlər vermişik. Orada mənfur düşmən azərbaycanlılara qarşı soyqırımı törədib.
“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə canğsağlığı versin, Prezidentimizi qorusun. Biz onun rəhbərliyi və müdrikliyi sayəsində doğma torpaqlarımıza qayıdırıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.