Bakı. Trend:
Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozuna görə, yaxın iki ildə Azərbaycanın iqtisadi artımı mülayim olaraq qalacaq.
Trend xəbər verir ki, ölkənin real ÜDM-in 2026-cı ildə 2,5 faizə enmədən əvvəl 2025-ci ildə 3,5 faiz artacağı gözlənilir.
Müqayisə üçün, 2024-cü ildə artım 4,1 faiz səviyyəsində təxmin edilib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, 2025-ci ilin birinci rübündə Azərbaycanda ÜDM 29,8 milyard manat (17,5 milyard ABŞ dolları) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdu.