Bakı. Trend:
Bu ilin 1 aprel tarixinə xarici dövlət borcunun valyuta tərkibi açıqlanıb.
Bu barədə Trend Maliyyə Nazirliyindən məlumat əldə edib.
Hesabat dövrü ərzində xarici dövlət borcunun valyuta tərkibi belə olub:
ABŞ dolları – 85,6 faiz, avro – 6,0 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) –3,5 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar –1,6 faiz.
Xarici dövlət borcuna xidmət xərci
2025-ci ilin 1 aprel tarixinə dövlət büdcəsinin borca xidmət xərcləri hesabına xarici borclar üzrə 138,7 milyon ABŞ dolları məbləğində əsas borc, 82,6 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib.
Xarici dövlət borcunun ölkənin strateji valyuta ehtiyatlarına nisbəti
2025-ci ilin 1 aprel tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu vəAzərbaycan Respublikasının Mərkəzi Bankı) 73,8 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 14,6 dəfə üstələyir.