...

Fransa insan haqları və söz azadlığı qanunlarını pozur – İran XİN

Dünya xəbərləri Materials 28 Aprel 2025 12:15 (UTC +04:00)
Fransa insan haqları və söz azadlığı qanunlarını pozur – İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa insan haqları və söz azadlığını aşkar şəkildə pozur.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (28 aprel) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın 2 vətəndaşı Fransada özbaşına şəkildə saxlanılıb və İran konsulluğunun nümayəndəsi ilə görüşdən məhrum edilib.

Bəqai bildirib ki, İran hər iki vətəndaşın saxlanılması məsələsini diqqətdə saxlayıb və son məsləhətləşmədə konsulluq nümayəndəsinin görüşünə razılıq verilib:

"Fransa hökuməti bu məsələdə şəffaflıq nümayiş etdirməlidir. İran vətəndaşları heç bir cinayət törətməyiblər".

Xəbər lenti

Xəbər lenti