Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 105,9 bənd təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu, aylıq müqayisədə 2,8 bənd az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,2 bənd çoxdur.
Eyni zamanda, cari ilin martın 1-nə manatın qeyri-neft sektoru üzrə nominal efektiv məzənnəsi isə 176,2 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 4,6 bənd az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,2 bənd çoxdur.
Bundan başqa, 2025-ci ilin martın 1-nə manatın real effektiv məzənnəsi 121,1 bənd təşkil edib. Bu, aylıq müqayisədə 3,5 bənd, illik müqayisədə isə 0,7 bənd azdır.
Həmçinin, hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 115,8 bəndə bərabər olub ki, bu da aylıq ifadədə 3,2 bənd, illik ifadədə isə 2,9 bənd azalıb.