...

Manatla pul kütləsinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 28 Aprel 2025 13:55 (UTC +04:00)
Manatla pul kütləsinin həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprelin 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 46,7 milyard manat təşkil edib.

Trend-in Mərkəzi Bankdan (AMB) əldə etdiyi məlumata görə, bu, aylıq müqayisədə 56 milyonmanat və ya 0,12%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,9 milyard manat və ya 4,2% çoxdur.

Bundan başqa, 2025-ci ilin aprelin 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 35,6 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 123 milyon manat və ya 0,35%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,1 milyard manat və ya 3,2% çoxdur.

Həmçinin, hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 28,3 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 157 milyon manat və ya 0,56% çox, 2024-cü ilin eyni dövrünə nisbətən isə 387 milyon manat və ya 1,35% azdır.

Eyni zamanda, bu ilin martın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 16,1 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 525 milyon manat və ya 3,38%, ötən ilin eyni dövrünə nisbətən isə 640 milyon manat 4,15% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti