Bakı. Trend:
Doğma torpağımız Xocalıya qayıtmaq arzuma çatdığım üçün çox sevinirəm.
Bunu Trend-ə açıqlamasında Xocalı sakini Seylan Əsədova deyib.
Onun sözlərinə görə, uzun illər bu günün həsrətini çəkib.
"Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizi qorusun. Onun rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildi və biz yurdumuza qayıdırıq", - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.