Bakı. Trend:
SOCAR Green MMC və Universal Energy Co., Ltd. arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin birgə həyata keçirilməsi imkanlarının araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Trend bu barədə SOCAR Green-ə istinadən xəbər verir.
Məlumata əsasən, sənəd ölkənin bərpa olunan enerji infrastrukturunun möhkəmləndirilməsi məqsədi ilə günəş və külək enerjisi layihələrində (quruda və dənizdə), o cümlədən enerji saxlama sistemlərində əməkdaşlığın əsasını qoyur.
"Memorandum layihələrin inkişafı, EPC (mühəndislik, satınalma və tikinti) və O&M (əməliyyat və texniki xidmət) sahələrində birgə səyləri nəzərdə tutur. Bu strateji tərəfdaşlıq regionda davamlı enerji həllərinin təşviqi istiqamətində mühüm addımdır", - "SOCAR Green"dən bildirib.