...

UN DESA nümayəndəsi Dayanıqlı İnkişaf Məqsədlərinin gerçəkləşdirilməsi baxımından Cənub-Cənub əməkdaşlığının vacibliyini vurğulayıb

Siyasət Materials 28 Aprel 2025 12:58 (UTC +04:00)
UN DESA nümayəndəsi Dayanıqlı İnkişaf Məqsədlərinin gerçəkləşdirilməsi baxımından Cənub-Cənub əməkdaşlığının vacibliyini vurğulayıb
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Cənub-Cənub əməkdaşlığı Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) gerçəkləşdirilməsi üçün güclü alətdir.

Trend xəbər verir ki, bu haqda BMT-nin iqtisadi və sosial məsələlər departamentinin (UN DESA) QHT bölməsinin rəhbəri Vuk-Cin Çanq (Wook-Jin Chang) Qlobal Cənub QHT platformasının Bakıda keçirilən “Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı bildirib.

“Cənub-Cənub Əməkdaşlığı sadəcə nəzəri bir ideya deyil. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinin geçəkləşdirilməsi üçün praktiki və güclü bir alətdir. Bilikləri, texnologiyaları və təcrübələri qarşılıqlı şəkildə mübadilə etməklə, inkişaf etməkdə olan ölkələr bir-birinin səylərinə dəstək ola və inklüziv və dayanıqlı cəmiyyətlər qura bilərlər.

Vətəndaş cəmiyyətinin fəal iştirakı olmadan buna nail olmaq mümkün deyil. Ələlxüsus Qlobal Cənub ölkələrindən olan QHT-lər bizim Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqdan ibarət olan ümumi missiyamızın vacib iştirakçıları sayılırlar”, – deyə o bildirib.

Onun sözlərinə görə, QHT-lərin ictimaiyyətlə sıx əlaqələri, yerli reallıqlara yaxşı bələd olma və ictimai dəstək səfərbər etmək bacarığı onları əvəzolunmaz tərəfdaşlara çevirir:

“Bununla əlaqədar mən Qlobal Cənub QHT platformasının və bugünkü forumun təşəbbbüskarlığında Azərbaycanın liderliyini yüksək qiymətləndirirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti