Bakı. Trend:
Doğma torpağımıza qayıtdığım üçün şəhid analarının əllərindən öpürəm.
Bunu Trend-ə açıqlamasında Xocalı sakini Gültəkin Qaraşova deyib.
Onun sözlərinə görə, Xocalıya qayıdışı həm sevincli, həm də kədərlidir.
“Ona görə sevinirəm ki, Xocalıya qayıdış mənə qismət oldu. Kədərim isə odur ki, orada gördüyüm insanları bir daha görə bilməyəcəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizi qorusun. Allah gənclərimizə bir daha o günləri yaşatmasın, düşmənlər xar olsun”, - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.