...

Dövriyyədə olan dövlət qiymətli kağızlarının ödəmə müddəti üzrə bölgüsü açıqlanıb

İqtisadiyyat Materials 28 Aprel 2025 11:33 (UTC +04:00)
Dövriyyədə olan dövlət qiymətli kağızlarının ödəmə müddəti üzrə bölgüsü açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 1 aprel tarixinə dövriyyədə olan 8,8 milyard manat məbləğində dövlət qiymətli kağızlarının 16 faizi 1 illik, 73,8 faizi 2 və 3 illik, 10,2 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 1 aprel 2025-ci il tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,33 təşkil edib.

“Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik dövlət istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-nin son illər ərzində aşağı düşməsinə səbəb olub”, - məlumatda qeyd olunub.

Dövlət istiqrazları üzrə xərclər

2025-ci ilin ilk 3 ayı ərzində əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 642,1 milyon manat məbləğində əsas borc ödənişləri, 110,4 milyon manat məbləğində isə faiz və diskont ödənişləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti