Bakı. Trend:
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə proqramına texniki və hüquqi cəhətdən yanaşmasını gözləyir.
Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (28 aprel) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndə heyəti artıq İrana səfər edib və bu gün iki tərəf arasında texniki danışıqlar həyata keçiriləcək.
Bəqai bildirib ki, sözügedən heyətin səfəri İran və AEBA arasında baş tutan razılaşma çərçivəsində həyata keçirilir. Bu danışıqlarda mövzulardan biri qoruycu (safeguard) məsələsidir.
Qeyd edək ki, İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami 17 apreldə qeyd edib ki, yaxın günlərdə AEBA nümayəndə heyəti İrana səfər edəcək və İran və AEBA arasında qalan ixtilaflı məsələlərin həllinə çalışacaqlar.
Xatrladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi 16 apreldə İrana səfər edib və İranın xarici işlər naziri Seyid Abbas Araqçi ilə və bu gün isə (17 aprel) İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami ilə görüşərək danışıqlar aparıb.
Əlavə edək ki, ötən ilin (2023) mart ayında İran və AEBA arasında razılaşma əldə olunub və razılaşma üzrə bəyanat verilib. Razılaşmaya əsasən İranın MAQATE ilə əməkdaşlığı nüvə silahlarının yayılmamasına dair konvensiya (NPT) və qorunma (safeguards) çərçivəsindədir, eləcə də tərəflər İranın nüvə proqramı ilə əlaqədar zənginləşdirilmiş uran maddələrinin mövcud olmasına dair irəli sürülən iddialar haqda bir-birləri ilə əməkdaşlıq etməlidirlər.