Bakı. Trend:
Bakının Xəzər rayonunun Binə qəsəbəsində avtomobil idman zalına çırpılıb.
Trend-in əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında qəsəbənin Atçılıq yaşayış massivi ərazisində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Qurbanov Orxan Sərhəd oğlu idarə etdiyi "Azsamand" markalı, "77-CJ-420" dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun sol tərəfində olan idman zalına çırpılıb.
Nəticədə, sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanılıb, istintaq aparılır.