Bakı.Trend:
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 4 il ərzində 2214 QHT-nin layihə və təşəbbüsünə təxminən 13 milyon ABŞ dolları maliyyə yardımı göstərib.
Trend xəbər verir ki, bu sözləri Dövlət Agentliyinin icraçı direktoru Aygün Əliyeva Bakıda keçirilən Qlobal Cənub Platformasının təsis konfransı zamanı deyib.
"Təmsil etdiyim Azərbaycan Respublikasını Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişafına dəstək verən ilk milli donor inistitutunun hüquqi varisidir. Agentlik yeni formatda fəaliyyət göstərdiyi 4 il ərzində 2214 QHT-nin layihə və təşəbbüsünə təxminən 13 milyon ABŞ dolları maliyyə yardımı göstərib. İndiyəcən QHT-lərlə birgə 150-yə yaxın beynəlxalq təşəbbüs həyata keçirilib, xarici partyorlarla anlaşma memarandumları imzalanıb. Agentliyin fəaliyyətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, həmrəyliyin təşviq edilməsi mühüm rol oynayır, maliyyə dəstəyi göstərdiyimiz proqramlar sayəsində yerli QHT-lərin beynəlxalq layihələrdə iştirakı təmin edilir”, - o bildirib.
