Bakı. Trend:
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 21-dən 27-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
ANAMA-dan Trend-ə bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 35, tank əleyhinə 36 mina və 574 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 1925,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.