...

Süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətli yanaşın - Nazir müavinindən özəl sektor nümayəndələrinə çağırış

İqtisadiyyat Materials 28 Aprel 2025 12:25 (UTC +04:00)
Süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətli yanaşın - Nazir müavinindən özəl sektor nümayəndələrinə çağırış
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Buradan özəl sektor nümayəndələrinə çağırış etmək istərdim. Xidmət səviyyəsinin və əməliyyat səmərəliliyinin artırılması məqsədilə süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətlə yanaşın.

Trend xəbər verir ki, bu sözləri Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" konfransında iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

"Dövlət olaraq bu istiqamətdə sizi təşviq edəcək stimullaşdırıcı təşəbbüsləri dinləməyə və birlikdə işləməyə tam hazırıq.

Qarşımızda duran yeni çağırışlar fonunda rəqabətqabiliyyətli iqtisadiyyat yalnız texnologiyaya çevik uyğunlaşma və innovasiya açıq yanaşma ilə mümkündür. Bu baxımdan, həm dövlət, həm özəl sektor səviyyəsində rəqəmsal həllər və innovativ texnologiyalara yönəlmiş investisiyaların həcmi və təsir dairəsi artırılmalıdır.

Bu, təkcə texnoloji modernizasiya deyil, eyni zamanda yeni iş yerlərinin yaradılması, məhsuldarlığın artırılması və dayanıqlı inkişaf üçün əsas vasitədir".

Xəbər lenti

Xəbər lenti