Bakı. Trend:
Aprelin 28-də Kanada sakinləri parlamentin aşağı palatasının üzvlərini seçmək üçün səsvermədə iştirak edəcəklər.
Trend-in məlumatına görə, Kanadanın sonuncu cağırış İcmalar Palatasında 338 yer olub, lakin builki seçkilər üçün onların sayı 343-ə çatdırıldı.
Kanadada altı saat qurşağı olduğu üçün seçkilər müxtəlif vaxtlarda açılacaq. Məsələn, Ottavada vətəndaşlar yerli vaxtla saat 9:30-dan, Vankuverdə - 7:00-dan başlayaraq səs verə biləcəklər.
İlk nəticələrin Kanadanın Atlantik əyalətlərində seçki məntəqələri bağlandıqdan az sonra - yerli vaxtla saat 20:30-dan sonra açıqlanacağı gözlənilir.