...

Dövriyyədə olan ödəniş kartlarının sayı 20 milyon ədədi ötüb

İqtisadiyyat Materials 28 Aprel 2025 11:50 (UTC +04:00)
Dövriyyədə olan ödəniş kartlarının sayı 20 milyon ədədi ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 221 min ədəd artaraq 20 milyon 460 min ədəd təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankında (AMB) istinadən xəbər verir.

Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.4% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 20.1%, kredit kartları üzrə 0.01% təşkil edib.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.2 dəfə artıb.

2025-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,6 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 57 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 890 milyon manatı POS-terminallar, 2.5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67%-ni təşkil edib.

Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin mart ayının sonu ilə müqayisədə bankomatların sayı 7%, POS-terminalların sayı 38% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti