...

ABŞ-nin iştirakı ilə reaktorun tikilməsi təklifi İranın ehtiyaclarının bəyanı istiqamətindədir – Bəqai

Dünya xəbərləri Materials 28 Aprel 2025 14:14 (UTC +04:00)
ABŞ-nin iştirakı ilə reaktorun tikilməsi təklifi İranın ehtiyaclarının bəyanı istiqamətindədir – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran xarici işlər naziri Seyid Abbas Araqçi tərəfindən ABŞ-nin iştirakı ilə reaktorun tikilməsi haqda təklifi İranın ehtiyaclarının bəyan olunması istiqamətindədir.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (28 aprel) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən onilliklər ərzində İranın dinc məqsədli nüvə proqramı barəsində bir sıra bəhanələr irəli sürülüb. Hansı ki, İranın zəngin neft və qaz ehtiyatlarına sahib olduğu üçün nüvə enerjisinə ehtiyacı yoxdur. Halbuki bu bəhanə tamamilə əsassızdır.

Bəqai bildirib ki, qarşıdakı illərdə İranın öz enerjisini təmin etmək üçün neft və qazdan başqa alternativ ehtiyatlara ehtiyacı var.

“İranın xarici işlər nazirinin bəyan etdiyi kimi İranın enerji sahəsində çoxlu potensiallar vardır. İran müxtəlif ölkələrin bu sahədə köməkliyini heç vaxt qadağan etməyib”, - deyə o qeyd edib.

Qeyd edək ki, İran xarici işlər naziri Seyid Abbas Araqçinin Karnegi İnstitutunda çıxışı üçün hazırlanan materialda iranlı nazir bildirib ki, İranda uzunmüddətli proqram çərçivəsində 19 yeni nüvə reaktorunun tikilməsi diqqət mərkəzində saxlanılır. Amerika şirkətləri də bu layihələrdə iştirak edə bilərlər.

Xəbər lenti

Xəbər lenti