...

Çin-Azərbaycan münasibətləri yeni inkişaf dövrünə qədəm qoyur - Lu Mey

Siyasət Materials 28 Aprel 2025 15:46 (UTC +04:00)
Çin-Azərbaycan münasibətləri yeni inkişaf dövrünə qədəm qoyur - Lu Mey
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Çin-Azərbaycan münasibətləri yeni inkişaf dövrünə qədəm qoyur.

Trend-in məlumatına görə, bunu bu gün Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey Bakıda keçirdiyi brifinqdə deyib.

O, çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı iqtisadiyyat, nəqliyyat, mədəniyyət, elm və ədliyyə sahələrində 20 sənəd imzalanıb.

Onun sözlərinə görə, əldə olunmuş razılaşmalar müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar açır.

"Bir sıra konkret sazişlərin imzalanması ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün daha geniş perspektivlər açıb", - Lu Mey vurğulayıb.

O, həmçinin turizm və işgüzar əlaqələrin inkişafı üçün əlavə şərait yaradacaq qarşılıqlı vizanın ləğvi haqqında sazişin imzalanmasının vacibliyini xüsusi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti