...

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti ələ keçirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Hadisə Materials 28 Aprel 2025 16:48 (UTC +04:00)
Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti ələ keçirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Trend xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə mülki iddia qaldırılıb.

Belə ki, zərərçəkən Mənsur Qarayev Nuridə Seyidova və Aynur Bayramovaya qarşı 25 min 500 manat mülki iddia qaldırıb.

Məhkəmə iddianı icraata götürüb.

Daha sonra məhkəmə istintaqı yekunlaşıb və çıxışlar mərhələsi başlayıb.

Çıxış edən dövlət ittihamçısı Fariz Rzayev təqsirləndirilən Nuridə Seyidovanın 9 il 6 ay, Aynur Bayramovanın 9 il və Aysel Məmmədovanın isə 8 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi 5 mayda davam edəcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti