Bakı. Trend:
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis ediləcək.
Trend xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisə daxil olub.
Məsələ ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.