...

İranın IRNA xəbər agentliyi Trend BİA-nın Pezeşkianın Bakı səfəri ilə bağlı xəbər təhlilini dərc edib

Siyasət Materials 28 Aprel 2025 18:18 (UTC +04:00)
İranın IRNA xəbər agentliyi Trend BİA-nın Pezeşkianın Bakı səfəri ilə bağlı xəbər təhlilini dərc edib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam Respublikasının informasiya agentliyi (İRNA) Trend agentliyinin Prezident Məsud Pezeşkianın Bakıya səfərinə həsr olunmuş xəbər təhlilini dərc edib.

IRNA İranın ən qədim və nüfuzlu media orqanlarından biridir. 1934-cü ildə təsis edilmiş agentlik İran və Yaxın Şərqə dair xəbər reportajları və analitik materiallar hazırlayaraq müxtəlif dillərdə təqdim edir.

"Prezident Pezeşkianın Azərbaycana səfəri İranın regional diplomatiyasında yeni mərhələnin başlanğıcını qoyur və Tehranla Bakı arasında iqtisadi münasibətlərin artan strateji əhəmiyyətini vurğulayır", – IRNA Trend agentliyinin materialından sitat gətirir.

"Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri İranın regional siyasətində yeni mərhələnin başlanğıcı hesab olunur. Tehranın Bakı ilə münasibətləri daha da möhkəmləndirmək istəyi yalnız iqtisadi maraqlarla deyil, həm də beynəlxalq sanksiyalar şəraitində xarici iqtisadi əlaqələri genişləndirmək zərurəti ilə izah olunur", - deyə IRNA Trend agentliyinin təhlilindən sitat gətirir.

Məqalədə eyni zamanda, İranın ticarət maneələrini aradan qaldırmaq istiqamətində fəal işlər görməsi və Azərbaycanla əməkdaşlıqda artımın nəzərə çarpması qeyd olunur.

“Gözlənilən səfər çərçivəsində İranın özəl sektorunun 100-dən çox nümayəndəsinin iştirakı nəzərdə tutulur ki, bu da Tehranın şəxsi biznesi ikitərəfli əməkdaşlığın əsas dayaqlarından birinə çevirmək istəyini göstərir”- sitatda bildirilir.

Bundan əlavə, enerji sahəsində əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın əsas dayaqlarından biri olaraq qalır. “2024-cü ilin mayında Xudafərin SES və Araz çayı üzərindəki Qız-Qalası su elektrik stansiyası istifadəyə verilib. Bu layihələr hər iki ölkədə 400 min hektardan çox ərazinin suvarılmasını təmin edəcək və 280 MVt gücündə elektrik enerjisi istehsalı ilə sərhədyanı rayonların enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.

Nəqliyyat infrastrukturunun inkişafı da ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan və İran Hindistan, İran, Azərbaycan, Rusiya və Avropanı birləşdirən beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizində fəal əməkdaşlıq edirlər. 2025-ci ildə başa çatdırılması planlaşdırılan Rəşt-Astara dəmir yolu və Astaraçay üzərində yeni avtomobil və dəmir yolu körpülərinin istifadəyə verilməsi yükdaşımaların effektivliyini xeyli artıracaq”, - təhlildə qeyd edilir.

Həmçinin qeyd edilir ki, ikitərəfli münasibətlərin gücləndirilməsi yeni regional iqtisadi nizamın formalaşdırılması üçün bir əsas ola bilər.

“Səmərəli ikitərəfli münasibətlərin dərinləşməsi təkcə Cənubi Qafqazda deyil, daha geniş regionda da yeni iqtisadi nizamın formalaşmasına, qarşılıqlı faydalı əməkdaşlığın və strateji təşəbbüslərin gələcək inkişafına zəmin yarada bilər” – təhlildə qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti