Bakı. Trend:
Azərbaycan və İranın iş adamları birgə istehsal proseslərini həyata keçirə bilərlər.
Trend xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
"İş adamlarımız birgə istehsal proseslərini həyata keçirsinlər, birgə sərmayələr yatırsınlar, işlər qursunlar. Biz istehsal, elm, mədəniyyət, iqtisadiyyat, siyasət sahələrində birgə hərəkət etməli, digərlərinə bunları pozmağa imkan verməməliyik. Onlar aramızda ixtilaf yaratmaq istəsələr, buna yol verməyəcəyik. Bizim aramızda bizi birləşdirən çoxlu ortaq amillər, hətta ailə, qohumluq əlaqələrimiz var. Bu, elə bir məsələdir ki, heç kəs bunları poza bilməz", - o bildirib.
