...

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında 3 istiqamətdə anlaşma memorandumları imzalanıb

Cəmiyyət Materials 28 Aprel 2025 18:15 (UTC +04:00)
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında 3 istiqamətdə anlaşma memorandumları imzalanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.

Trend xəbər verir ki, iclasın yekununda aşağıdakı istiqamətlər üzrə anlaşma memorandumları imzalanıb:

  • Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması;
  • Bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq;
  • Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq.

Eyni zamanda Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Müştərək Komissiyanın 8-ci iclasının Protokolu komissiyanın həmsədrləri tərəfindən imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti