Bakı. Trend:
Baş nazir Fransua Bayrunun tibbi boşluqla bağlı açıqlamalarından sonra ölkədəki həkimlər onların peşəsini tənzimləyən qanuna qarşı tətilə və etiraz nümayişlərinə səfərbər olurlar.
Trend xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Biz özümüzü müdafiə etməyə hazırıq və yeganə çıxış yolu sistemi bloklamakdır”, - deyə Gənc Həkimlər Həmkarlar İttifaqının prezidenti Ann Boktor bildirib. Ölkədə həkimlər və internada olan tibb universiteti tələbələri qeyri-müəyyən vaxta tətilə çağırış ediblər.
“Ordre des medecins”, “SOS Medecins”, özəl sahədə çalışan həkimlər, tələbələr və tibb universitetinin internada olan tələbələri tərəfindən dəstəklənən bu hərəkat “Garot” qanununun təkliflərinə etiraz edir və Fransanın bütün ərazisində nümayişlər keçirilməsini planlaşdırır.
Qeyd edək ki, Fransada həkim tapmaq çox çətin olub və xəstələr azı 3 və ya 6 ay gözləməyə məcburdurlar.