...

Asiya İnkişaf Bankı kredit və texniki yardım şəklində 2024-cü ildə Azərbaycana göstərdiyi dəstəklə bağlı əsas rəqəmləri açıqlayıb

İqtisadiyyat Materials 28 Aprel 2025 12:41 (UTC +04:00)
Asiya İnkişaf Bankı  kredit və texniki yardım şəklində 2024-cü ildə Azərbaycana göstərdiyi dəstəklə bağlı əsas rəqəmləri açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

31 dekabr 2024-cü ilə qədər olan vəziyyətə əsasən, Asiya İnkişaf Bankı Azərbaycanın dövlət sektorunda ümumilikdə 4,4 milyard ABŞ dolları həcmində 71 kredit, qrant, zəmanət və texniki yardım ayırıb.

Bu barədə Trend AİB-ə istinadən xəbər verir.

AİB-in cari suveren portfelində Azərbaycanın 613.68 milyon ABŞ dolları həcmində 2 krediti və 1 dövlət zəmanəti var.

"AİB Azərbaycanın nəqliyyat sektorunda əsas tərəfdaşlardan biridir. Dəyəri 400 milyon ABŞ dolları olan Dəmir Yolu Sektorunun İnkişaf Proqramı Sumqayıt – Yalama dəmir yolu xəttinin bərpasını və dəmir yolu sahəsində islahatların, o cümlədən, "Azərbaycan Dəmir Yolları" QSC-də korporativ idarəetmənin təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin və maliyyə dayanıqlığının artırılmasını dəstəkləyir.

2024-cü ildə AİB Azərbaycanın dəmir yolu şəbəkəsinin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin daha da artırılması məqsədilə "Azərbaycan Dəmir Yolları"nın rəqəmsal keçidi layihəsi üçün 47 milyon ABŞ dolları məbləğində kredit təsdiqləyib", – deyə Bankdan bildirilib.

AİB, eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsində dəstək göstərdiyini vurğulayıb. 2024-cü ilin sonuna qədər AİB COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinin hazırlanması və həyata keçirilməsi üçün ümumilikdə 1,1 milyon ABŞ dolları məbləğində texniki yardım ayırıb.

2024-cü il dekabrın 31-nə olan vəziyyətə əsasən, AİB-in Azərbaycandakı qeyri-suveren əməliyyatlar üzrə ödənilməmiş qalıqları və çıxarılmamış öhdəliklərinin ümumi məbləği 143,29 milyon ABŞ dolları təşkil edib ki, bu da AİB-in ümumi özəl sektor portfelinin 1,11 faizinə bərabərdir.

Azərbaycan üzrə suveren və qeyri-suveren kreditlər üzrə ümumi ödənişlər 4,07 milyard ABŞ dolları təşkil edib. Bu vəsaitlər AİB-in adi kapitalının həm adi, həm də güzəştli resursları hesabına maliyyələşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti