Bakı. Trend:
“Apple” korporasiyası 2027-ci ildə smartfonlarının qiymət artımının qaçılmaz olacağını bildirib.
Trend xarici kiV-ə istinadən xəbər verir ki, 2027-ci ildə ilk “iPhone” smartfonunun 20 illiyini qeyd edəcək “Apple” yubiley münasibətilə unikal flaqman smartfonu və ilk qatlanan qurğusunu satışa çıxaracaq.
Korporasiyadan verilən məlumata görə, istehlakçılar qiymət artımına hazır olmalıdır, çünki yubiley cihazları rekord baha qiymətə satılacaq.
İstehsalçı yeni flaqman smartfonlarında xüsusi hissələrdən və komponentlərdən istifadə etmək niyyətindədir. Yubiley “iPhone”, həmçinin, “son dərəcə mürəkkəb” dizayna malik olacaq ki, bu da onun qiymətinə təsir göstərəcək.
Qiymət artımına Vaşinqton və Pekin arasındakı ticarət müharibəsi də təsir edir. “Apple” ABŞ bazarı üçün “iPhone” istehsalını Çindən Hindistana köçürmək niyyətindədir. Korporasiya Hindistandakı istehsalın Çinlə müqayisədə 5-10 faiz baha olacağını bildirib.
Qeyd edək ki, “iPhone” smartfonunun yubiley buraxılışının əsasən şüşədən hazırlanacağı gözlənilir