...

Prezident İlham Əliyev: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk

Siyasət Materials 28 Aprel 2025 15:33 (UTC +04:00)
Prezident İlham Əliyev: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında bildirib.

Bu layihənin bütün iştirakçı ölkələr üçün çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini söyləyən dövlətimizin başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini qeyd edərək deyib: "Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk".

Xəbər lenti

Xəbər lenti