...

İlk rübdə xarici dövlət borcu proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib

İqtisadiyyat Materials 28 Aprel 2025 11:28 (UTC +04:00)
İlk rübdə xarici dövlət borcu proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprelin 1-i vəziyyətinə xarici dövlət borcu 5,1 milyard ABŞ dolları və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin 1 yanvar tarixi iləmüqayisədə xarici dövlət borcu 62,7milyon ABŞ dolları məbləğində azalıb.

Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 48,9 faizini, sabit faiz dərəcəsi ilə olanlar isə 51,1faizini təşkil edib.

Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,2 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,9 faizi isə10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti